22 C
Baku
Saturday, April 20, 2024

Bu il 7,8 mlrd. manatlıq qiymətli kağız buraxılışı qeydiyyata alınıb

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təqdim olunmuş məlumatlara görə, bu ilin əvvəlindən 7 milyard 858,7 milyon manatlıq qiymətli kağız buraxılışı qeydiyyata alınıb.

Dövlət Statistika Komitəsinə istinadən, qiymətli kağızlar bazarının ümumi emissiyasının 7,7 faizini səhmlər, 70 faizini Mərkəzi Bankın notları, 11,5 faizini dövlət istiqrazları, 10,8 faizini isə korporativ istiqrazlar təşkil edib. Bu dövr ərzində 429,1 milyon manatlıq səhmlər, Mərkəzi Bankın 5 milyard 541,5 milyon manatlıq notları, 385,9 milyon manatlıq dövlət istiqrazları və 142,8 milyon manatlıq korporativ istiqrazları Bakı Fond Birjasında keçirilmiş hərraclarda yerləşdirilib.

Yanvar-iyun aylarında nominal dəyəri 291 milyon manat olan korporativ istiqrazlar, 266 milyon manat olan səhm və 79,3 milyon manatlıq dövlət istiqrazları tədavüldə olub.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər