13 C
Baku
Friday, April 19, 2024

Bu il Aqrolizinq-ə dövlət büdcəsindən 62 milyon manat ayrılıb

Aqrolizinq Səhmdar Cəmiyyətinə dövlət büdcəsindən cari ildə verilmiş 32,0 milyon manat vəsaitlə yanaşı, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan kənd təsərrüfatının müasir texnika ilə təchiz olunması üçün 30,0 milyon manat vəsait ayrılıb.

Bunu  Maliyyə naziri Samir Şərifov Oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışı zamanı deyib. Onu da əlavə edib ki, kənd əməkçilərinə, fermerlərə və sahibkarlaradövlət büdcəsindən maliyyələşən güzəşt(kənd təsərrüfatı məhsullarının satışı zamanı) 50 faizdən 70 faizədək artırılıb.

Son xəbərlər
Digər xəbərlər