15 C
Baku
Friday, March 29, 2024

Bu il Azərbaycan Türkiyənin şərqindən $52 milyonluq mal idxal edib

Cari ilin 5 ayı ərzində Türkiyənin Şərqi Anadolu İxracatçılar Birliyinin (DAİB) fəaliyyət bölgəsindən Azərbaycana 52 mln. dollar dəyərində ixracat həyata keçirilib.

Türkiyə mətbuatına istinadən məlumata görə, DAİB bölgəsinə Türkiyənin 17 şəhəri daxildir və bu bölgədən əsasən kənd təsərrüfatı, sənaye və mədən sektoru ilə bağlı məhsullar ixrac edilib.

Qeyd olunan dövrdə DAİB bölgəsindən ümumilikdə 171 ölkəyə 748 mln. 249 min dollar ixracat reallaşdırılıb ki, ixracatın böyük qismi 180 mln. dollarla İraqın payına düşür. İkinci pillədə 53 milyon dollarla İran, 3-cü pillədə isə 52 mln. dollarla Azərbaycan qərarlaşıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər