14 C
Baku
Saturday, April 27, 2024

Bu il Azərbaycanda 21 maliyyə müəssisəsinin lisenziyası ləğv olunub

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda maliyyə fəaliyyəti ilə bağlı 59 yeni müəssisə və təşkilat yaradılıb, 21-nin isə lisenziyası ləğv edilib.

Beləliklə, iyulun 1-nə ölkədə maliyyə və sığorta fəaliyyəti ilə əlaqədar 1 674 müəssisə və təşkilat mövcud olub. Bu da illik müqayisədə 4,6% çoxdur. Həmin qurumların 1 609-u kommersiya məqsədlidir.

İlin əvvəlinə nisbətən isə maliyyə müəssisə və təşkilatlarının sayında 2,4% artım qeydə alınıb.

Qeyd edək ki, hesabat tarixinə Azərbaycanda müəssisə və təşkilatların sayı 124 178 olub.

Report

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər