22 C
Baku
Thursday, April 25, 2024

“Bu il Azərbaycanda ÜDM-in artımı 3%-dən yuxarı olacaq”

Heydər Əsədov: Məqsəd istehsal müəssisələrinin bazara birbaşa çıxışının asanlaşdırılması və təmin edilməsindən ibarətdir

“Bu il kənd təsərrüfatı sahəsində Ümumi Daxili Məhsulun artımı 3%-dən yuxarı olacağı proqnozlaşdırılır”.

“Report” xəbər verir ki, bunu bu gün ixtisaslaşdırılmış Yaşıl Market Kompleksinin açılış mərasimində kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.

Nazir qeyd edib ki, burada əsas məqsəd istehsal müəssisələrinin bazara birbaşa çıxışının asanlaşdırılması və təmin edilməsindən ibarətdir: “Dövlət başçısının müvafiq fərmanı ilə həm Kənd Təsərrüfatı Nazirliyinə, həm də İqtisadiyyat Nazirliyinə Yaşıl Marketlər şəbəkəsinin yaradılması tapşırılıb. Fərmanın icrasının nəticəsi olaraq bu gün kompleksin açılışıdır. Yaşıl Marketdə yerlər fermerlərə, hüquqi və fiziki şəxslərə əvəzsiz olaraq verilib. Bu yerlərin saxlanılması əsasən ictimai iaşə müəssisələrinin, parklanma və digər mənbələrdən əldə edilən vəsait hesabına həyata keçirilir. Ona görə də, burada yerlər demək olar ki, pulsuzdur. Bunun hesabına da buranın xidmətindən istifadə edən fermerlər, hüquqi, fiziki şəxslər öz məhsullarını birbaşa müəssisənin istehsal qiymətləri ilə satırlar. Təbii ki, bu da sahiblara məhsullarını rahatlıqla əhaliyə çatdırmağa imkan yaradır. Əhaliyə isə keyfiyyətli məhsulları daha ucuz qiymətə birbaşa istehsalçılardan əldə etməyə şərait yaradır.”

Nazir qeyd edib ki, beynəlxalq praktikada da tətbiq olunan bu satış mexanizmi həm qiymət, həm rəqabət, həm də bazara çıxışın asanlaşdırılması baxımından əhəmiyyətlidir: “Yaşıl Market əsasən Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) vəsaiti, bir qismi isə sahibkarların öz vəsaiti hesabına və Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə müvafiq infrastrukturun, laborator şəbəkələrinin yaradılması ilə qurulub. Bu tədbirlərin həyata keçirilməsi silsilə xarakter daşıyacaq. Yalnız burada deyil, bir sıra yerlərdə də Yaşıl Market yaradılacaq. Biz burada qiymətlərə də baxdıq. Qiymətlərin sabit saxlanılması üçün müəyyən müzakirələr apardıq. Bu təcrübənin effektini görsək, əhalinin marağını hiss etsək, SKMF-nın vəsaitindən kömək etmək yolu ilə bu şəbəkə genişləndiriləcək. Buradakı məhsullarda qiymətlər birbaşa istehsal qiymətləridir. Bu məhsullar nə magaza, nə də başqa yerlər vasitəsilə satılmadığı üçün qiymətlərə hər hansı bir əlavə edilməyib”.

Ölkədə baramaçılığın inkişafı istiqamətində apatılan işlərdən danışan nazir vurğulayıb ki, bunun üçün nazirlik tərəfindən Çindən 1,6 mln. ədəd tut tingi gətirilib. Onun sözlərinə görə, bu tinglər əvəzsiz olaraq sahibkarlara paylanılıb: “Çinli mütəxəssislərin iştirakı ilə tinglər artıq əkilib. Bu yaxın zamanlarda tender keçirilməklə barama qurdlarının da idxalı təmin olunacaq. Hesab edirik ki, bu il barama istehsalını yenidən 2-3 dəfə artırmağa nail olacağıq. Nazirlər Kabineti “Barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi bütün növ yaş baramanın hər kiloqramına görə, subsidiyanın verilmə Qaydası”nı təsdiq edib. Qaydaya əsasən, barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi bütün növ yaş baramanın (əyrilən və karapaçax barama istisna olmaqla) hər kiloqramına görə verilən subsidiyanın məbləği 5 manat müəyyən edilib. Nəticədə artıq emal müəssisələrinin də baramanı almaq problemi olmayacaq. Bu onlarda emalın rentabelliyinin yaradılması üçün zəmin yarandı”.

“Bazarlarda ətin qiyməti devolvasiyadan əvvəl 7-8 manat idi, beynəlxalq valyuta dollarla götürsək 9-10 ABŞ dollarına bərabər idi. Bu gün isə ətin qiyməti 10-12 manat arasında tərəddüd edir. Müqayisəli təhlilə gəldikdə 10-12 manata satılan ətin qiyməti hardasa 6-7 dollar təşkil edir. Bəzi yerlərdə bunu çox şişirdirlər. Bütün istehsal edilən məhsullar istehlakla yanaşı digər əmtəələrə mübadilə olunmaq üçün istehsal olunur. Yəni onun qarşılığında digər məhsulları almaq üçün istehsal olunur”. – deyə nazir bildirib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər