15 C
Baku
Saturday, April 20, 2024

Bu il dünyada 1,1 mlrd. dollarlıq kriptovalyuta oğurlanıb

2018-ci ilin əvvəlindən indiyədək dünyada 1,1 mlrd. dollar həcmində kriptovalyuta oğurlanıb.

“Anycoin” nəşrinə istinadən, bu barədə kibertəhlükəsizlik sahəsində çalışan “Carbon Black” şirkəti məlumat yayıb.

Araşdırmalar göstərir ki, çox vaxt kiberhücumlara kriptobirjalar məruz qalıb. Belə ki, kiber hücumların 27%-i kriptobirjaları hədəf alıb. Hücumların 21%-i şirkətlərə yönəlib: “Bu zaman şirkətlərin daxili sistemləri sındırılıb və əvəzində onlardan kriptovalyuta ödənilməsi tələbi irəli sürülüb”.

Hakerlərin 10%-i “Bittcoin”, 11%-i “Ethereum”, 44%-i “Monero”nu hədəf alıb. Kriptovalyuta oğurluğu daha çox ABŞ-da qeydə alınıb- 24%. Bu müddət ərzində Çində 10%, Böyük Britaniyada isə 8% kiberqarət baş tutub.

Proqramı sındırmaq üçün zərərverici proqram təminatının hər birinin qiyməti 1,04 dollar səviyyəsindən başlayır.

Qeyd edək ki, belə oğurluqlarla çox vaxt işsiz mühəndislər, həmçinin mütəşəkkil qruplaşmalar məşğul olurlar.

Son xəbərlər
Digər xəbərlər