12 C
Baku
Friday, March 29, 2024

Bu ölkələr ikiqat vergitutma haqqında konvensiya imzalayıblar

Yaponiya hökuməti ilə Rusiya arasında ikiqat vergidən yayınmağa imkan verən yeni konvensiya imzalanıb.

RİA Novosti-nin verdiyi məlumata görə, bu haqda Yaponiya XİN-in rəsmi bəyanatında deyilir.

Yeni konvensiya hazırda fəaliyyət göstərən 1986-ci ildə SSRİ və Yaponiya arasında imzalanan “İkiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiyanı” əvəz etməlidir.

Yaponiya XİN-i qeyd edir ki, konvensiya zəruri prosedurları keçdikdən sonra imzalanacaq və hər iki ölkənin parlamenti tərəfində ratifikasiya edildikdən sonra qüvvəyə minəcək.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər