16 C
Baku
Friday, April 19, 2024

Bu ölkəyə getmək istəyənlər 10 illik viza ala bilər

Çin hökuməti ölkəyə gəlmək istəyən bacarıqlı xarici ölkə vətəndaşlarına qapılarını açıb.

Ölkə rəhbərliyinin yeni qərarı ilə elm adamları, sahibkarlar və texnologiya şirkəti rəhbərlərinə 10 illik viza veriləcək.

“South China Morning Post” qəzeti yazır ki, xarici ölkə vətəndaşları uzunmüddətli viza almaq istəyirlərsə, müraciətlərini internet üzərindən pulsuz olaraq həyata keçirə bilərlər. Həmçinin ailəli olan şəxslərin ailələrini də ölkəyə gətirmələrinə icazə verilir.

Müraciət edənlər ilkin mərhələdə 180 gün Çində qalmaq məcburiyyətindədirlər.

Xatırladaq ki, yeni qanun layihəsi 2016-cı ildə təklif kimi irəli sürülmüş və xarici “Nobel” mükafatçılarının, bacarıqlı idmançıların, elm xadimlərinin, maliyyə mütəxəssislərinin ölkəyə cəlb olunması üçün hesablanmışdı. Çin prezidenti Li Kıçianq da açıqlamasında ölkə iqtisadiyyatının yenidən qurulması üçün xarici mütəxəssislərin cəlb olunması istiqamətində yeni bir siyasi xəttin irəli sürülməsinin vacibliyini vurğulamışdı.

MənbəQaynarinfo
Son xəbərlər
Digər xəbərlər