26 C
Baku
Saturday, April 20, 2024

Bu sahədə çalışan işçilərin maaşı artırıldı – Baş nazir sənəd imzaladı

“Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin (NK) 2013-cü il 25 sentyabr tarixli 263 nömrəli qərarında dəyişikliklər edilməsinə dair Baş nazir Artur Rasizadə sənəd imzalayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq NK qərar qəbul edib.

Qərara görə, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdindəki dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” Sosial Müəssisəsinin işçilərinin aylıq vəzifə maaşlarının sxemi”nə əlavələr edilib.

Belə ki, qurumda çalışan hüquqşünaslar və psixoloqlar 330 AZN əmək haqqı alacaqlar.

Bu qərar 2017-ci il sentyabrın 1-dən qüvvəyə minir.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər