16 C
Baku
Thursday, April 18, 2024

Bu sahədə çalışan işçilərin orta aylıq əmək haqqı 900 manatı ötdü

Tikinti sahəsində işləyənlərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə artıb. Bu barədə Dövlət Statistika Komitəsi açıqlama verib.

Məlumata görə, 2017-ci ilin yanvar-sentyabr aylarında tikinti sahəsində işləyənlərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz azalaraq 793,4 manat olmuşdur. Qeyri-dövlət sektorunda işçilərin orta aylıq nominal əmək haqqı 901,3 manat, dövlət sektorunda isə 525,9 manat olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ixtisaslaşdırılmış tikinti işlərində orta aylıq nominal əmək haqqı 14,1 faiz azalmış, binaların tikintisində işləyənlərin orta aylıq nominal əmək haqqı 5,0 faiz, mülki təyinatlı inşaat işlərində çalışanların isə 11,1 faiz artmışdır.

Bundan əlavə, tikinti sahəsində çalışan muzdlu işçilərin orta siyahı sayı 102,9 min nəfər təşkil etmiş, onların 53,0 min nəfəri binaların tikintisində, 24,9 min nəfəri mülki təyinatlı inşaat işlərində, 25,0 min nəfəri isə ixtisaslaşdırılmış tikinti işlərində çalışmışdır. İşçilərin 27,2 faizi dövlət, 72,8 faizi isə qeyri-dövlət tikinti müəssisələrində məşğul olmuşlar.

 

Son xəbərlər
Digər xəbərlər