4 C
Baku
Friday, March 29, 2024

Bugünkü hərracda iki dövlət müəssisəsi özəlləşdirilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib.

Komitədən verilən məlumata görə, budəfəki hərracda 2 kiçik dövlət müəssisə və obyekti, 7 qeyri-yaşayış sahəsi, 2 nəqliyyat vasitəsi özəlləşdirilib. Özəlləşdirilən 7 istifadəsiz qeyri-yaşayış sahəsi, 2 nəqliyyat vasitəsi Bakıda, 2 kiçik dövlət müəssisəsi isə respublikanın digər şəhərlərində yerləşir.

Özəlləşdirmə hərraclarının onlayn rejimdə elektron formasiya şəkilində tətbiq edilməsi bu prosesdə optimallığı daha da artırır, yerli və xarici investisiyaların cəlb olunması imkanlarını genişləndirir, çevikliyi təmin edir, şəffaflıq prinsiplərini qoruyur.

Bakının Xətai rayonunda yerləşən qeyri-yaşayış sahəsinin ilkin start qiyməti 12 min 500 manata olduğu halda ən son 17 min 200 manat təklif edilib. Paytaxtın Nəsimi rayonunda yerləşən sahəsi 68,2 kvadratmetr olan qeyri-yaşayış sahəsində də analoji hal müşahidə edilib. Belə ki, adıçəkilən əmlakın ilkin start qiyməti 12 min 500 manat olsa da 17 min manata sahibini tapıb. Ən yüksək qiymətə özəlləşdirilən kiçik dövlət müəssisəsi Bakının Səbail rayonunda yerləşən sahəsi 170,7 kvadratmetr olan qeyri-yaşayış sahəsi olub.

Bugünkü kiçik dövlət müəssisəsi də özəlləşdirilib. Gəncə şəhərində yerləşən 176 saylı mağaza bu kateqoriyaya aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir. Həmin əmlakın ümumi faydalı sahəsi 450,6 kvadratmetr təşkil edir.

Hərracda özəlləşdirilən qeyri-yaşayış sahələrinin hamısı paytaxtda yerləşir. Bakıda özəlləşdirilən qeyri-yaşayış obyektinin 2-i Nəsimidə, 2-i Binəqədidə qalanı isə müvafiq olaraq Səbail, Qaradağ və Xətai rayonlarında yerləşir. Özəlləşdirilən əmlakların sahəsi 17 kvadratmetr ilə 170 kvadratmetr arasında dəyişir.

Daha az investisiya tələb edən əmlaklar da hərracda özəlləşdirilib. Bunlardan biri sahəsi 17 kvadratmetr olan Bakının Binəqədi rayonunda yerləşən qeyri-yaşayış sahəsidir.

Hərracda müxtəlif markalı nəqliyyat vasitələri də özəlləşdirilib. Özəlləşən avtomobillər Rusiya, İtaliya istehsalı maşınlar olub. Buraxılış tarixləri isə 2006-2007-ci illəri əhatə edib.

Qeyd edək ki, elektron hərracın köməyi ilə istənilən şəxs, ölkə daxilində və ya xaricində, işdə, evdə və ya istirahətdə olmasından asılı olmayaraq istənilən vaxt müraciət edərək tamamilə elektron şəkildə hərraca qatılmaq hüququ əldə edir. Qoşulmaq üçün də prosedurlar olduqca sadədir. Elektron hərracda iştirak etmək istəyən şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi saytına (e-emdk.gov) və ya Elektron Hökumət Portalına (e-gov.az ) daxil olaraq müvafiq bölməni seçir. Sifariş verdiyi əmlakın ilkin satış qiymətinin 10 faiz məbləğində behi ödəyir. Behi ödənildikdən sonra istifadəçiyə Təsdiqetmə bildirişi təqdim edilir və təhlükəsizlik kodu poçt ünvanına göndərilir.

Son xəbərlər
Digər xəbərlər