“Burger King” Səudiyyə Ərəbistanında baş verən hadisəyə də biganə qalmadı – Video

Səudiyyə Ərəbistanında qadınların avtomobil sürməsi ilə bağlı qoyulan qadağanın aradan qalxması fast-food restoranlar şəbəsi olan “Burger King”in də diqqətindən yayınmayıb.

“Burger King” qadınların avtomobil idarə etməsini təbrik etmək üçün restoranlarına avtomobil sürərək gələn bütün qadınlara pulsuz hamburger hədiyyə edib.

Fast-food restoranlar şəbəkəsi, eyni zamanda “Whopper Burger”in adını “WhoppHer” olaraq dəyişdirib. Həm ərəb, həm də ingilis dilində “Qadınlarımızın avtomobil idarə etməsini təbrik edirik!” mesajı verilib.

Kampaniya qadağan aradan qalxdığı gündən, iyunun 24-dən başlayıb. Cəmi bir ay, iyulun 24-dək davam edəcək.

Qeyd edək ki, ötən bazar günü, yəni iyunun 24-də Səudiyyə Ərəbistanında iki min qadın sürücülük vəsiqələrini alaraq sükan arxasına keçmək hüququ əldə etmişdi.

Xatırladaq ki, daha öncə “Audi” markası da adıçəkilən qadağanın aradan qalxması ilə əlaqədar reklam filmi yayımlamışdı.

facemark.az