15 C
Baku
Friday, March 29, 2024

Business Insider: Google şirkəti Snap-ı almaq üçün $30 milyard təklif edib

 Google-un ana şirkəti olan Alphabet 2016-cı ildə Snap şirkətinin rəhbəri Evan Şpigelə onun şirkətini almaq üçün 30 milyard dollar təklif edib.

Banker.az saytı Business Insider nəşrinə istinadən xəbər verir ki, Snap şirkətinin kapitalizasiyasının 1 il ərzində 15 milyard dollara qədər enməsinə baxmayaraq, Google şirkətinin təklifi hələ də qüvvədədir. Bununla belə, Snapchat messencerinin sahibi Snap və Google şirkətləri məsələ ilə bağlı şərh bildirməkdən imtina edib.

Bundan daha əvvəl isə verilən məlumatda qeyd edilirdi ki, Google şirkətinin bölməsi olan CapitalG 2016-cı ilin noyabr ayında Snap şirkətinə yatırım edib. Sözügedən bu yatırımın həcmi isə açıqlanmır.

Son xəbərlər
Digər xəbərlər