8 C
Baku
Friday, March 29, 2024

“Buta Airways” Alanyaya uçuşlara başlayır

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) aşağı büdcəli strukturu “Buta Airways” iyunun 7-dən etibarən Türkiyənin məşhur kurort şəhəri – Alanyaya birbaşa uçuşlara başlayır.

AZAL-a istinadən, aviaşirkətin digər istiqamətləri kimi Bakı-Alanya (Qazipaşa hava limanı) istiqaməti üzrə də minimal tarif 29 avro (bir tərəfə) təşkil edəcək.

Uçuşlar həftədə iki dəfə – cümə axşamı və şənbə günləri həyata keçiriləcək.

Aviabiletləri artıq aviaşirkətin rəsmi internet saytında, həmçinin satış ofislərində əldə etmək mümkündür.

Lou-kost aviaşirkət olaraq, minimal tarifdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətlər ödəniş müqabilində təklif edilir.

“Buta Airways” Azərbaycanın ilk aşağı büdcəli aviaşirkətidir. Onun əsası 2016-ci ilin dekabrında qoyulub. Aviaşirkətinin donanması müasir “Embraer” təyyarələrindən ibarətdir. Aviaşirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər