Bütün dövrlərin ən çox satılan avtomobilləri

Banker.az bütün dövlərin ən çox satılan avtomobillərinin reytinqini təqdim edir. Sözügedən bu reytinqə satılan 41 milyon avtomobil ilə Toyota Corolla liderlik edir.

Toyota Corolla: 41 milyon avtomobil

İlk Toyota Corolla 1996-cı ilin oktyabr ayında Yaponiyada təqdim edilib. Bu, uzunluğu cəmi 3,85 m olan kiçik bir avtomobil idi. Bu modelin 11 nəsli var və dünyanın ən çox satılan avtomobili statusuna sahibdir. Son versiya – Toyota Corolla E160  2012-ci ildə Yaponiyada peyda olub.

Ford F—Series: 35 milyon avtomobil

ABŞ-da pikap bazarı ildə 2,5 milyon ədəddən ibarət olur. Ford şirkəti öz F-150 modeli isə artıq 70 ildir ki, bazarın üçdə bir hissəsinə sahib olur.

Volkswagen Golf: 28 milyon avtomobil

İlk Volkswagen Golf avtomobili 1974-cü ildə peyda olub. Onun dizaynını italyan Corcetto Cucaro hazırlayıb. Avtomobil öz adını isə Golfstream cərəyanından götürüb.

Volkswagen Beetle: 24 мmilyon avtomobil

80 il ərzində cəmi 3 nəsil! Bu avtomobilin ilk modeli Porsche 911 üçün əsas qismində buraxılmışdı. Öz uzunömürlülüyü ilə məşhur olan bu avtomobil film qəhrəmanı olmuş yeganə avtomobildir.

Honda Civic: 22 milyon avtomobil

Civic modeli Yaponiyanın Honda avtomobil şirkətinin tarixində xüsusi yerə malikdir. 1972-ci ildə peyda olan bu model o dövrdən etibarən hər nəsil boyu əlavə detallar qazanıb. Civic illər keçdikdə daha rahat və güclü olur.

Ford Escort: 20 milyon avtomobil

Ford Escort amerikan şirkətinin ən məşhur modelindən biridir. Sözügedən bu avtomobil şirkətin ən populyar və ən çox satılan maşını oldu. Avtomobil öz məşhurluğunu əsas olaraq müxtəlif yürüş müsabiqələrində çox saylı iştirakına borcludur.

ВАЗ-2101 (Lada): 19 milyon avtomobil

Jiquli və yaxud Lada sovet avtomobilləri içərisində ən məşhurudur. İstehsalçı şirkət belə bir modelin buraxılmasına görə “Qızıl Merkuri” mükafatı ilə təltif edilib.

Honda Accord: 18 milyon avtomobil

Honda Accord avtomobilinin buraxıldığı 41 il ərzində bu avtomobilin artıq 9 nəsli dəyişilib.

1982-ci ildə 4,5 metrlik ailəvi Accord sedanı ABŞ-da istehsal olunan ilk yapon avtomobili oldu. O zamandan etibarən Amerikada uğurla satılsa da, Avropa bazarını 2015-ci ildə tərk edib.