22 C
Baku
Thursday, April 25, 2024

Bütün ICO-lardan yığılmış ümumi vəsaitin 10%-i oğurlanıb

ICO vasitəsilə cəlb olunmuş bütün vəsaitlərin 10%-i ya itib yada hakerlər tərəfindən oğurlanıb.

Bu barədə “Reuters xəbər verir ki, bu cür nəticəyə “Ernst & Young” şirkətinin analitikləri gəliblər.

Şirkətin analitikləri 372-dən çox keçirilmiş ICO məlumatlarını analiz ediblər. Tədqiqata əsasən bütün ICO-lardan əldə olunmuş ümumi 3.7 milard dollar vəsaitdən 400 milyon dolları ya itirilib yada hackerlər tərəfindən oğurlanıb. Çox zaman bu cür oğurluq hadisələrində hackerlər fishing (dələduzluq vasitəsilə vəsaitlərin ələ keçirilməisi) üsuluna əl atırlar. Bu üsul sayəsində hackerlər keçirilmiş hansısa ICO-dan 1 ay ərzində 1.5 milyon dollar vəsait qazana bilərlər.

Şirkət analitikləri həmçinin ölkələr üzrə keçirilmiş ICO-lardan cəlb olunmuş yüksək məbləğləri də hesablayıblar. Birinci yerdə ABŞ-dan olan layihələr qərarlaşıb. Onlar ümumilikdə 1 milyard dollar vəsait cəlb ediblər. İkinci yeri Çin (452 milyon dollar), üçüncü yeri isə Rusiya Federasiyası (310 milyon dollar) tutub. Tədqiqat çərçivəsində həmçinin məlum olub ki, ICO vasitəsilə cəlb olunan vəsaitlərin miqdarı aşağı düşür. Ötən ilin İyun ayında ICO-ların 90 faizi lazımi vəsaiti yığmışdılar. Lakin, noyabr ayında bu göstərici 25%-ə düşmüşdü. Şirkətin məlumatına əsasən son zamanlarda ICO-nun qarşılaşdığı əsas problemlərdən biri də layihələrin aşağı keyfiyyətli olmalarıdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər