24 C
Baku
Thursday, April 18, 2024

Bütün kartları özündə birləşdirən kart məhsulu bazara çıxarıldı

29 Aprel tarixində Kapital Bank özünün yeni məhsulu olan, BirKart-ın təqdimatını keçirtdi. BirKart “Səndən 1 dənədir” sloqanı ilə bazara təqdim edilib. Qeyd olunan kart özündə müştərinin istəyinində asılı olaraq  kredit,taksit, maaş, pensiya, depozit, bonus və debet kart funksiyalarını birləşdirə bilər.

Visa Classic, Visa Gold və Visa Platinum kartları əsasında verilən BirKart 36 ay müddətinə verilir.  Kartın xüsusi özəlliklərindən biridə , karta depozit şəklində yerləşdirilən vəsaitə illik 3% əmanət faizinin hesablanmasıdır.  Həmçinin, kredit kartı kimi istifadə olunan BirKart-a 40 gün güzəşt müddəti tətbiq edilirki, buda qeyd olunan müddət ərzində müştərinin kredit məbləğindən faizsiz faydalanmaq imkanı yaradır.

Bankın partyor şəbəkəsində kartdan həmçinin taksit kart kimi istifadə edərək 2-12 və ya 18 ay müddətinə istehlak məhsullarından faydalanmaq , ödənişləri isə hissə-hissə ödəmək imkanından yararlanmaq şəraiti yaradır.

BirKartdan vəsaitlərin xərclənməsini əmək haqqı və pensiya əsasında alınan vəsait hesabına silinmək imkanıda mövcuddur.

13115664_10206073626265214_1092586026_n

Son xəbərlər
Digər xəbərlər