Bütün pullarınızı xərcləmək istəyini necə aradan qaldırmaq olar?

A man counts U.S dollars at a money exchange office in central Cairo, Egypt December 27, 2016. REUTERS/Mohamed Abd El Ghany

Bədxərclərə həsr olunur. 100%  əminəm ki, hər kəs dəfələrlə elə vəziyyətə düşüb ki, pullarını topladıqlarına deyil, tam fərqli yerlərə xərcləyib. Niyə bu baş verir və bununla necə mübarizə aparmaq olar – bu gün bu barədə danışmağı təklif edirəm.

Tipik bir vəziyyət (müxtəlif variantlarda kütləvi şəkildə müşahidə olunur):

   “Pulunu uzun müddət  yığırdın, qənaət edib toplayırdın, bunun üçün çalışırdın. Bir müddətdən   sonra məbləğ yığıldı, bu da həmişəki əlində tutduğun məbləğdən bir neçə dəfə yüksək oldu. Birdən … bir gözəl gündə  (qürur hissiylə fəxr edirsən və göstərilmiş maliyyə savadlılığına görə özünə tərif yağdırırsan) HƏMİŞƏ fövqəladi bir hal baş verir ki, sən də qənaətlə topladığın məbləği xərcləməli olursan”

Vəziyyət tanış gəlir? Neçə dəfə artıq rastlaşmısınız? Niyə bu baş verir və bununla necə mübarizə aparmaq olar? Gəlin araşdıraq…

  1. Zəif şəxs. Güclü şirnikdirici istəklər onu əhatə edir. Bunu (insan təbiətimizin bir cəhəti olaraq) nəzərə almaq və vaxtından əvvəl qabaqlamaq lazımdır.
  2. Pulu qənaət edib məqsədi (səbəblər, motivasiya) olmadan toplamaq mümkün deyil.  Həmişə pul yığılmasının səbəbi (nəyin naminə) aydın bilinməlidir ,axı siz özünüzün  və ailə üzvlərinizinin gündəlik xərclərini sərt şəkildə məhdudlaşdırmalı olursunuz.

3.Kiçik bir  “Qəza ehtiyat fondu”nuzu yaradın-  birdənbirə yaranmış maliyyə çuxurunu dəf  etmək üçün.

Bu “çuxur” dost/kolleqanızın ad gününə hədiyyə almaq ehtiyacınız yarandıqda, mobil telefonunuzun nasazlığı, maşın təkərinin deşilməsi, restorana getmək istəyi, bəyənilmiş bir əşyanın alışı kimi özünü biruzə verə bilər… Bu cür səbəblərin siyahısı doğurdan da sonsuzdu , hansı ki ən əlverişsiz vaxtda meydana çıxmağı və amansızlığı ilə insanı məyus edir.

  1. Pulu özünüzdən gizlədin- yığılmış əmanətə daxil olmaları maksimum çətinləşdirin. Alternativ olaraq, məsələn, mən pulumun müəyyən hissəsini bank depozitində saxlayıram, ora isə gedib çıxmaq üçün uzun yol (bu uzaq yolu getmək üçün on dəfə düşünərəm) qət etmək lazımdır.

Başqa harada pulunuzu  təhlükəsiz gizlədə bilərsiniz– praktiki təcrübəmlə bölüşürəm:

  • banka depozit əmanətin qoyulması- bank əmanətinə görə hesablanmış faizləri itirmək çox heyifdir (hansı ki pulun erkən çıxarılması halında itirilir);
  • qiymətli metallara investisiya edilən pullar – qiymətli metalların dəyəri düşdükdə satılması mütəmadi olaraq sərf etmir (müntəzəm olaraq kotirovkaların kəskin yuxarı və aşağı sıçrayışları baş verir);
  • Valyutanı özününzlə gəzdirin –bir çox mübadilə şöbələri tərəfindən qoyulan aşırı böyük spredli (satış-alış qiymətinin fərqi mənasında) məzənnəylə onu satmağı özünü məcbur etmək çətindir;

 

Ümid edirəm ki, yuxarıda adıçəkilən metodların tətbiqi qənaət etdiyiniz pulların heç olmasa yarısının bütövlüyünü və qorunmasını təmin edəcək. Pulunuzu gizləyin, insan bu cəhətdən zəifdir!

 

Psixologiya iqtisadiyyatdan daha vacibdir. Hər kəs “Qayda 10%” haqqında bilir, yəni “Əvvəldə özünə ödə” mənasını daşıyır. Hər kəs bilir, ancaq hamı özünə ödəmir! Bunun üçün həmişə tutarlı səbəblər tapılır.

Burda əsas məsələ pulun azlığında, aşağı əmək haqqında və ya ipoteka kreditləri üzrə yüksək faizlərində deyil. İş tamam başqa məsələdədir . Burada psixologiya ön plana çıxır.

Bəzi insanlar ağrı ilə doludur.  Onlar öz narahatlıq hisslərinə və problemlərinə o qədər aludə olurlar ki, başlarını qaldıra və ətrafa nəzər salacaq halları olmur -problemlərin nə səbəbə bitmədiyini, nəyin düzəltməli olduğunu, nədən imtina edilməli? və s. sualların cavabını tapmaq üçün.

Onlar ,bütün həyati enerji və gücünü  duyğularına, emosialarına, onlara qarşı olan haqsızlığa dair daimi şikayətlərə yönəldirlər.

Bu cür insanlar ağrılarını ünsiyyət qurduqları və ya kontakta girdikləri kəslərə qarşı “sıçrayırlar”. Şəxsən müşahidə etmişəm ki, nəyisə səhv etdiyinə görə ofisiant qadın aqressiyanın qurbanı oldu. Daimi ya qonşular, ya iş yoldaşları, ya da bezdirici vergiləri ilə hökumət hirsin, aqressiyanın badına gedir…

Bu nümunədə bu cür insanların diqqətini və səylərini nəyə yönləndirdiklərini göstərmək istəyirdim. Diqqət  nəyə yönəlibsə, həmin yerdə nəticə olacaq! Bir insanın ehtiyatları məhduddur (vaxt, enerji, sinir və s.):

1.Onları düzgün istiqamətə yönəltsəniz, nəzərə çarpan bir nəticə əldə edəcəksiniz.

2.Onları ofisiantla çəkişmələrə yönəltsəniz, əhvalınız pozulacaq (və əlavə olaraq, ofisiant gizlincə qəhvənizə tüpürəcək). Bon appetit!

Bir daha yekunlaşdırıram: “psixologiya iqtisadiyyatdan daha vacibdir”. Maliyyə vəziyyətinin yaxşılaşdırılması üçün sadə tədbirlərin görülməsi əvəzinə kimisə öz pis əhval-ruhiyyəsində və problemlərində günahlandırmaq daha asanddır.