16 C
Baku
Friday, April 26, 2024

BVF missiyanın yeni rəhbərini Azərbaycana rəsmən təqdim edəcək

Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının yeni rəhbəri Məhəmməd əl Qorçi dekabrın 21-də Bakıya bir günlük səfər edəcək. Bunu Trend-ə hökumətdən deyiblər.

O, 2015-ci il dekabrın 1-dən səlahiyyətlərinin icrasına başlayıb.

Mənbə qeyd edib ki, səfər zamanı Maliyyə Nazirliyi, Azərbaycan Mərkəzi Bankı, SOCAR və Dövlət Neft Fondunda görüşlər keçirilməsi planlaşdırılıb.

M.Qorçi bu vəzifədə Raca Almarzoqinini əvəz edib. R.Almarzoqini 2012-ci ildən Azərbaycan üzrə missiyaya rəhbərlik edib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər