23 C
Baku
Friday, April 19, 2024

BVF Moldovaya 179 milyon dollar verir

İyulun 26-da Beynəlxalq Valyuta Fondu Moldovaya, hökumət iqtisadi islahatlar aparacağı halda, 3 il ərzində 179 milyon dollar verməyə razılaşıb.

Moldova Avropanın ən yoxsul ölkələrindən biridir və bu, yanvardan işə başlamış yeni hökumətdən ötrü yaxşı xəbərdir.

BVF ötən ilin sentyabrında Moldovadan çıxıb, kredit məsələsini müzakirə etməyəcəyini bildirib. Səbəb Moldovanın 3 bankından 1 milyard dolların yoxa çıxmasıdır.

Moldovanın Baş naziri Pavel Filip “The Associated Press” agentliyinə deyib ki, BVF-nin Moldovaya qayıtması “ölkəyə nikbinlki gətirir və xaricdə etibarlılığımızın bərpasına kömək edir”.

Filip onu da əlavə edib ki, hökumət avropasayağı islahatlara sadiqdir və xarici sərmayə cəlb etmək istəyir.

BVF-nin əməkdaşları Kişinauya 10 günlük səfər ediblər. Qurum bildirir ki, hökumət kreditlərə çıxış əldə etməkdən ötrü biznes mühitini təkmilləşdirməli, vacib bank islahatları həyata keçirməli, korrupsiyaya qarşı mübarizəni intensivləşdirməlidir.

Kredit razılaşmasını oktyabrda BVF idarə heyəti də təsdiqləməlidir.

Azadlıq.org

Son xəbərlər
Digər xəbərlər