22 C
Baku
Friday, April 19, 2024

BVF rəhbəri Bitcoini kifayət qədər baha hesab edir

Banker.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristin Laqard CNBC telekanalına verdiyi müsahibəsində Bitcoin valyutasına yatırım etməyi planlaşdırmadığını, onun qiymətini həddindən artıq yüksək hesab etdiyini bildirib.

Laqard həmçinin Çin rəhbərliyinin ICO həyata keçirilməsini qadağan edən müvafiq qərarını da müsbət qarşıladığını deyib.

Bundan əlavə, BVF rəhbərinin fikrincə, kriptovalyuta sahəsində fırıldaq xarakterli sxemlərin geniş yayılmasına baxmayaraq, insanlar bu bazardan üz döndərməməlidir: Vətəndaşlar və maliyyə nazirliyi arasında bütün tranzaksiyalar rəqəmsal formaya keçirildiyi ölkəmə baxdıqda anlayıram ki, hazırda hər kəsin diqqət yetirməli olduğu böyük dəyişikliklər baş verir.

Son xəbərlər
Digər xəbərlər