“Cəmiyyətdə AMEA haqqında xoşagəlməz fikirlər səsləndirilir”

“Azərbaycan Milli Elmlər Akademiyası haqqında cəmiyyətdə xoşagəlməyən fikirlər səsləndirilir”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə AMEA-nın Rəyasət Heyətinin bugünkü iclasında deyib.

O, belə fikirlərin aradan qaldırılması üçün təkliflə çıxış edib: “Bunun düzgün olmadığını göstərmək üçün AMEA-nın bölmələri ictimaiyyətlə görüşlər keçirsin. İnstitutların gördükləri işlər çoxdur. Onlar haqqında saatlarla danışmaq olar. Cəmiyyət bunları eşitsə, akademiyaya olan yanaşma dəyişər, ona diqqət artar”.