15 C
Baku
Saturday, April 20, 2024

“Cəmi üç gün işləməliyik”

Meksikalı mətbuat maqnatı və dünyanın ən varlı insanı olan Karlos Slim belə iddia edir ki, biz həftənin cəmi üç gününü işləməliyik. 

Paraqvayda keçirilən biznes konfransı çərçivəsində Karlos Slim çıxış edərkən bildirmişdir ki, insanların iş qrafikinin kökdən dəyişilmə zamanı artıq çatıb. 50, 60 yaşlarında təqaüdə çıxmaq əvəzinə, bu addımı daha qoca vaxtlarımızda etməliyik.

İnsanlar 70, 75 yaşına qədər və həftədə cəmi üç gün işləməlidirlər. Həftənin üç gününü işdə keçirməklə bizim istirahət etmək üçün daha çox vaxtımız olacaq və bu həyat keyfiyyətini artırmağa xidmət edəcək.  İnsanların istirahət üçün sərbəst 4 günü qaldıqda onlar məşğuliyyət üçün mütləq bir şey tapacaqlar.

74 yaşlı maqnat əmindir ki, iş qrafikinin bu formada təşkil edilməsi iş qüvvəsinin məhsuldarlığının artırılmasına kömək edəcək ki, bu da uzun ömürlülüklə bağlı maliyyə problemlərini həll etməyə yardımçı olacaq.

Son xəbərlər
Digər xəbərlər