15 C
Baku
Wednesday, April 24, 2024

Cənubi Koreya kriptovalyutadan anonim istifadəni qadağan edir

Banker.az xəbər verir ki, 2018-ci ilin 30 yanvar tarixindən etibarən Cənubi Koreyada anonim pulqabı ilə həyata keçirilən istənilən kriptovalyuta tranzaksiyalarına qadağa qüvvəyə minir.

Cənubi Koreya ən nəhəng kriptovalyuta bazarlarından biridir. Bitcoin ilə bütün müqavilələrin təxminən 20%-i yerli birjalardan keçir. Ölkə rəhbərliyi anonim şəxslərin bazardan çirkli pulların yuyulması üçün istifadə etdiyini düşünür.

Kriptovalyuta pulqabıları sahibləri bunları real bank hesabları ilə əlaqələndirməli olacaqlar. Koreya banklarında hesabı olmayan əcnəbilərə və yetkinlik yaşına çatmayan şəxslərə ölkə ərazisində kriptovalyutalardan istifadə etmək qadağan olunacaq.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər