16 C
Baku
Thursday, March 28, 2024

Cənubi Koreyanın qərarı “Bitkoin”in dəyərini kəskin ucuzlaşdırdı

Cənubi Koreyanın kriptovalyutalarla ticarəti tam şəkildə qadağan edən qanun layihəsi hazırlaması xəbəri ilə “Bitcoin” 13 000 dollaradək ucuzlaşıb. 

“RİA Novosti” agentliyinə istinadən, C.Koreyanın ədliyyə naziri Pak San Gi ölkəsinin kriptovalyuta ilə bağlı spekulyasiyaların həddindən çox artması ilə bağlı narahat olduğunu və ticarəti qadağan edən layihə hazırladıqlarını bildirib. Qeyd edək ki, C.Koreya “Bitcoin” və “Ethereum”la ticarətin dünyada ən iri bazarına sahibdir.

Xəbərin açıqlanmasından sonra “Bitcoin”in qiyməti 13 130 dollaradək geriləyib, hazırda qiyməti 13 455 dollar, kapitallaşması isə 226 mlrd. dollara bərabərdir. “Bitcoin”in bazar payı 34,7% təşkil edir. Bazarın ümumi kapitallaşması isə 652 mlrd. dollardır.

“Report”un analitik qrupu kriptovalyuta bazarının kapitallaşmasının daha 20%-ə yaxın azalandan sonra 2 dəfə artaraq 1 trln. dollara qədər yüksəlmə trendinə girəcəyini proqnozlaşdırır.

Son xəbərlər
Digər xəbərlər