Banklar plastik kartlarının satışını artırmaq məqsədilər bir sıra cəlbedici təkliflərlə müştərilərin diqqətini cəlb etməkdədirlər. Bu təkliflərə misal olaraq, depozit funksiyasını, ATM-lərdə komissiyasız nağdlaşma imkanını, kartın pulsuz əldə edilməsi imkanını, “cash-back” imkanını və s. göstərmək olar.

Bu araşdırmamızda Bankların Plastik kartlarında olan “cash-back” imkanına toxunmuşuq. Bəs “cash-back” nədir və əsas mahiyyəti nədən ibarətdir?

“Cash-back”  – plastik kart vasitəsilə keçirilən nağdsız əməliyyatlar zamanı xərclənən vəsaitlərin bir hissəsinin karta geri qayıtmasıdır. Geri qayıdan vəsait müxtəlif formalarda istifadə üçün nəzərdə tutula bilər. Belə ki, bəzi Banklar geri qayıdan vəsaitlərdən yalnız müəyyən edilimiş partyorlarda mal və xidmətlərin istehlak edilməsi zamanı, bəziləri yalnız nağdsız formada bəziləri isə həm nağd həm də nağdsız formada istifadəyə imkan yaradır.

Həmçinin qeyd etmək istərdik ki, Banklar özlərinin partnyoru olan ticarət məntəqlərində alış-verişlərə görə qeyri-partnyorlara nisbətdə daha çox “bonus” qazandırır.

Aşağıdakı cədvəldə Sizlərə “cash-back” imkanı olan bank kartları, bu kartlarda vəsaitin geri qazanılması və xərclənməsi ilə bağlı ətraflı məlumat təqdim edilmişdir.

Bank Sistemin adı Hansı kartlarda “cash-back” funksiyası var? Geri qayıdan vəsait Geri qayıdan vəsaitdən istifadə
Partnyor Qeyri-partnyor
Bank Respublika Paykart Bonus Bütün plastik kartlar Maksimum 25% Hesablanmır Yalnız nağdsız formada
Bank of Baku Bolkart “BAL” Bolkart Kredit və Bolkart Debet

(Gənc, Ailə, Gold, Diamond)

Maksimum 25% Gənc: 0.05% – 0.3%

Ailə: 0.05% – 0.3%

Gold: 0.05% – 0.5% Diamond: 0.05% – 0.6%

Yalnız nağdsız formada
Express Bank Express Club Bütün plastik kartlar Maksimum 20% 0.3% Həm nağd, həm nağdsız, həm də “online” formada
Unibank Cashback Bütün plastik kartlar Maksimum 30% 0.1% – 0.3% Həm nağd, həm nağdsız, həm də “online” formada
Kapital Bank Kapital Bonus Bütün plastik kartlar Maksimum 17% 0.1 % – 1% Həm nağd, həm nağdsız, həm də “online” formada
Yapıkredi Bank Worldcard Bal World Card və Pulkart Məlumat verilmədi 0.05% Yalnız nağdsız formada
Bank Silwey “Miles” proqramı Visa Classic / MC Standart “Miles” Ölkəxarici hər 10 manat üçün 1 bal

Ölkəxarici hər 5 manat üçün 1 bal

“Azərbaycan Hava Yolları” aviaşirkətinin reyslərində səyahət üçün aviabilet alınması üçün
Visa Gold / MC Gold “Miles” Ölkəxarici hər 9 manat üçün 1 bal

Ölkəxarici hər 4.5 manat üçün 1 bal

Visa Platinium / MC Platinium “Miles” Ölkəxarici hər 8 manat üçün 1 bal

Ölkəxarici hər 4 manat üçün 1 bal