14 C
Baku
Saturday, April 27, 2024

Caspian Development bank işçi axtarır

Əməliyyat üzrə mütəxəssis 

İşçinin vəzifəsi:

  • Fiziki və hüquqi şəxslərin müraciətlərinə və qanunvericiliyə uyğun bütün növ hesablar açmaq, bu hesablar üzrə əməliyyatlar aparmaq və onları bağlamaq;
  • Müştərilərin sərəncamlarına əsasən və ya qanunvericiliyə uyğun olaraq açılmış hesablar üzrə Bankın daxili qayda və prosedurları ilə müəyyən olunmuş əməliyyatları (mədaxil, məxaric, köçürmələr, konvertasiya və s.) həyata keçirmək;
  • Müştərilərə bütün növ bank məhsul və xidmətlərinin satışını həyata keçirmək;
  • Xidmət etdiyi müştərilərin hesabları üzrə nagdsız mübadilə əməliyyatlarının sənədlərini qəbul etmək, yoxlamaq və icra etmək;
  • Depozit (əmanət) müqavilələrini tərtib etmək və həmin müqavilələr üzrə əməliyyatları (mədaxil, məxaric, faiz hesablanması, vergi tutulması və s.) həyata keçirmək;
  • Pul köçürmə sistemlərilə (Western Union, Monex, Zolotaya Korona, Kontakt, Leader) əməliyyatları yerinə yetirmək;
  • Kommunal ödənişləri (elektrik, qaz, su, telefon və s. haqqları) qəbul etmək və bununla əlaqədar digər müvafiq işləri həyata keçirmək;
  • Qanunvericiliyə uyğun olaraq, bank sirrinin qorunması şərti ilə, xidmət etdiyi müştərilərin hesablarının qalıqları və hesabları üzrə əməliyyatlar barədə müvafiq  orqanlara arayışlar hazırlamaq və departament direktorunun təsdiqi üçün təqdim etmək.
  • Müştəri hesablar üzrə bütün növ nağdsız əməliyyatları aparmaq.
  • Əmək və icra intizamına əməl etmək.

Tələblər:

Təhsil: İqtisadi və ya biznes təhsilinin olması

Bilik:

  • Kompyuter bilikləri (ofis proqramları), Dil bilikləri (Azərbaycan, Rus, İngilis);
  • Öz işi çərçivəsində qüvvədə olan bank qanunvericilik və normativ hüquqi aktlarin bilməsi.

Bacarıq:

  • Kommunikabellik;
  • Vahid komandada işləmək bacarığı;
  • Müştərilərə yuksək səviyyədə peşəkər xidmət göstərmək bacarığı.

Təcrübə: Bank sahəsində azı 1 il iş təcrübəsi.

E-mail  [email protected]

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər