15 C
Baku
Saturday, April 27, 2024

“CDB Bank” rəhbəri konsolidasiya ilə bağlı fikirlərini bölüşüb

“Caspian Development Bank”ın Müşahidə Şurasının sədri Fərəh Məmmədova CDB bankın heç də asan olmayan bir dövrdə yarandığını, lakin buna  baxmayaraq, dinamik inkişaf sərgilədiyini, aktivlərin artdığını və müştəri bazasının genişləndiyini qeyd edib.

Banker.az AtaBank-ın mətbuata açıqlamasına istinadən xəbər verir ki, bunu Fərəh Məmmədova bu gün keçirilən konfransda deyib.

Onun sözlərinə görə, iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən strateji yol xəritələrinin hazırlanması və həyata keçirilməyə başlanması bank sektorunda son iki ildə baş verən tənəzzül prosesinin aradan qaldırılması, maliyyə sektorunun sağlamlaşdırılması, müştəri və investorların banklara sarsılmış inamının bərpa olunmasına imkan verib. F.Məmmədova vurğulayıb ki, CDB bankın “AtaBank”a konsolidasiyasında məqsəd məhz bu siyasətə dəstək olmaq, daha güclü, dayanıqlı bank formalaşdırmaq, mövcud bazar paylarını artırmaq, ölkə iqtisadiyyatına, bank sektoruna daha səmərəli töhvə verməkdir.

CDB bankın daim əsas hədəfi müasir bankçılıq prinsipləri və qabaqcıl texnologiyaları tətbiq etməklə müştəriləri üçün faydalı və lazımi məhsul və xidmətlər yaratmaq, onların maliyyə alətlərinə olan tələblərini qarşılamaq, ölkədə prioritet hesab olunan kiçik və orta sahibkarlığı dəstəkləmək olub. Konsolidasiyadan sonra da bu hədəflərin yenə də prioritet olacağını bildirən F.Məmmədova bu birləşmənin gələcək inkişaf üçün geniş perspektivlər açacağını bildirib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər