18 C
Baku
Thursday, April 18, 2024

CDB Bank daha bir filialını açdı

“Caspian Development Bank (CDB)” ASC-nin daha bir filialı Quba şəhərində açıldı. Bankdan Banker.az-a verilən məlumata görə, şimal bölgəsində ölkə vətəndaşlarının bank xidmətlərinə olan tələbatını həyata keçirəcək CDB Bankın Quba filialı, Quba şəhəri Heydər Əliyev prospekti, məhəllə 21 ünvanında yerləşir. Müasir bina ilə təmin olunmuş filial CDB Bankın ümumi konsepti əsasında dizayn edilib və burada müştərilərin rahatlığını təmin etmək məqsədilə lazımi şərait yaradılıb.

 

CDB Bankın Quba filialı  müştərilərinə kassa hesablaşma əməliyyatları, kredit, əmanət, pul köçürmələri, plastik kartların sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatlar və digər xidmətləri əhatə edən geniş məhsul xətti təklif edir. Filialın xidmətlərindən Quba şəhəri ilə yanşı qonşu rayonların sakinləri də faydalana biləcəklər.

Son xəbərlər
Digər xəbərlər