16 C
Baku
Saturday, April 27, 2024

Cek Ma ABŞ-da 1 milyon yeni iş yeri acacaq

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Çinin nəhəng internet ticarət platforması olan “Alibaba”nın rəhbəri Cek Ma ilə görüşüb.

CNBC-yə istinadən xəbərə görə, görüşdə Çin şirkətinin ABŞ bazarında rolunun genişləndirilməsi və ölkədə 1 milyon yeni iş yerinin yaradılması müzakirə olunub.

C. Ma bildirib ki, “Alibaba” geyim, meyvə-tərəvəz, şərab satışı sahələrində fəaliyyətini genişləndirəcək və ABŞ-ın orta qərb regionları ilə Cənub-Şərqi Asiya arasında ticarətə önəm verəcək: “Biz kiçik biznesə diqqət yönəltmişik, ona görə də 1 milyon kiçik müəssisə fikrini təsadüfən söyləmədik. Biz Amerika kiçik biznesinə dəstək verəcəyik və onlar öz kənd təsərrüfatı məhsullarının Asiya və Çinə satışı üçün bizim satış platformamızdan istifadə edəcəklər”.

“Alibaba”nın amerikalı fermerlər üçün 5 il ərzində 1 milyon iş yeri yaradacağı bildirilir. D. Tramp görüşü müsbət qiymətləndirib.

MənbəLent.az
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər