27 C
Baku
Wednesday, April 24, 2024

Cek Traut –marketinq, qərar qəbul etmə və yeni nəsil haqqında

İdeyalarını oğurlamağa imkan vermədən, öz layihələrini necə tanıtmaq, onları necə təbliğ etmək olar? Bu suala cavab tapmaq üçün sizə dünyaca məşhur marketinq mütəxəssisi və mövqeləşdirmə (positioning) konsepsiyasının müəlliflərindən biridir.

Özüm haqqında

Marketinqdə mənə muzdlu qatil deyirlər  – bir növ Vəhşi Qərbdə yerləşən şəhərlərdən birinə gələn və cinayətkarlar ilə mübarizə aparan Klint İsvud kimi. “Şəhərin başçıları” məni inkişafa mane olan “bir-iki cinayətkarı güllələməkdən ötrü” dəvət edir. Mən bir iki yaxşı ideya ilə atəş açır, əclaflardan qurtulur və xəbər verirəm ki, artıq şəhər təmizdir. Bundan sonra artıq mən digər bir “şəhər” istiqamətində hərəkət edirəm. Amma mən gedən kimi, kolların arxasından elə həmin əclaflar yenə peyda olur: “Getdi, nə yaxşı?” . yenə şəhər də vəziyyət əvvəlki halına qayıdır. Bəzən isə məsələ heç də hansısa əclafda deyil, “şəhər başçılarının” özündədir. Amma mən başçılara atəş açmıram, çünki belə halda mənin pulumu kim ödəyəcək?

Positioning haqqında

Positioning istənilən bir ölçüdə, istiqamətdə və qitədə olan kompaniya üçün olduqca vacibdir. Mahiyyət etibarı ilə bu sizi istehlakçının beynində digər bazar oyunçularından fərqləndirən başlıca nüansdır. İki növ geniş yayılmış səhv vardır. Birincisi böyük kompaniyalar hamı üçün hər şey olmağa çalışır –amma belə alınır ki, onlar eyni zamanda həm hər yerdə olur, amma əslində həm də heç yerdə ola bilmir.   İkincisi isə xırda firmalar resurs çatışmazlığından əziyyət çəkir –onlarda dəqiqlik yoxdur, onlar kim olduğunu və öz məhdud resurslarını necə sərf etməyi bilmirlər.

Öz əhvalatını harada istəsən, orada da danışa bilərsən, istər təzə media vasitələri olsun, istər də köhnə.  Sadəcə ikinci halda daha çox vəsait sərf etməli olacaqsan.

Yaxşı marketinqin arxasında həmişə yaxşı tarix (əhvalat) dayanır. Siz dəqiq bilməlisiniz ki, siz kimsiniz, nə edirsiniz və başqalarından nə ilə fərqlənirsiniz. Ən vacibi isə, nəyə görə alıcılar məhz sizi seçməlidirlər.

İri və xırda arasındakı fərq haqqında

Marketinqin yazılamamış qanunlarından biri deyir: Hətta ən əla ideyalar belə resurs olmadan fayda gətirə bilməz. Xırda və iri biznes yalnız bir amilə görə – pulun miqdarına əsasən bir-birindən fərqlənir. İri kompaniyalar özləri haqqında daha geniş auditoriyaya danışa – informasiya ötürə bilər. Əgər sizin lazımı resurslarınız yoxdursa, siz məhkumsunuz.

Uşaq kosmetikası istehsal edən balaca bir müəssisə vardı. Bu kosmetik vasitələr bütün dükanlarda peyda olur. Amma problem başqa məsələdə idi. Çünki heç kəs onları piştaxtadan götürüb almırdı. Özünün məhdud miqdarda olan pulunu kompaniya dükanların vitrinlərində yer almağa sərf edir, lakin məhsulun bütün tərəflərini potensial alıcıya çatdırmaq üçün onun vəsaiti çatmır: onların marketinq büdcəsi demək olar ki, sıfıra bərabər idi.

Yeni media vasitələrində marketinq

Yeni medianın yaranması ilə heç nə dəyişməyib. Sadəcə yeni alətlər yaranıb və rəqabət xeyli dərəcədə yüksəlib. Əgər siz sosial şəbəkədə və internetdə biznes qura bilsəniz, bu çox əla olar, lakin bu asan başa gəlməyəcək. Məsələn General Motors öz target (hədəf qrupuna yönəlmiş) reklamlarına etdiyi milyonlarla dollar vəsait sayəsində öz rəqiblərini “öldürdü”. Bu zaman məhsulun irəlilədilmə prinsipi eyni idi: böyük reklam kompaniyaları istər yeni, istər də köhnə media vasitələrində daha böyük reklam sahələri (məkanı) ala bilərlər. Fərq yalnız ondadır ki, ənənəvi kanallarda mən öz ötürdüyüm informasiya mesajına nəzarət edə bilirəm, hadisəyə bütünlüklə özüm tərtibat verirəm, yeni media vasitələrində isə bu qeyri mümkündür.
Start up-ların qlobal problemi odur , sənin sadəcə onlardan xəbərin olmur, çünki onların sayı həddindən artıq çoxdur

Qərar qəbulu ilə bağlı

Həmişə son qərarı verə biləcək bir insan olmalıdır. Bir dəfə mənə ABŞ-ın yüksək rütbəli dövlət məmurları ilə görüşmək nəsib oldu. Biz böyük bir masa arxasında əyləşmişdik və mən onları bir iqtisadi problemi həll etməyə dair tövsiyə verirdim. Biz hər şeyi müzakirə etdik, hamı hər şeydən razı qaldı. Amma heç nə dəyişmədi. Məsələ ondadır ki, hökumətdə tamamı ilə horizontal struktur mövcuddur: hamı bərabərdir və öz üzərinə məsuliyyəti götürə biləcək və əsl dəyişikliklərə aparan lazımı addımlara atacaq rəhbərlər (baş direktorlar) yoxdur.

İT sahəsində start-uplar ilə bağlı

Start up-ların qlobal problemi odur , sənin sadəcə onlardan xəbərin olmur, çünki onların sayı həddindən artıq çoxdur. Səni yadda saxlamaları və digərlərindən fərqləndirmələri üçün həmişə birinci olmaq lazımdır. Əgər ideyanın biznesə başlamaq üçün lazım olan yatırım kapitalının miqdarı azdırsa, onda mütləq kimsə düşünəcək «Mən də bunu bacararam!» və sizin klonunuzu hazırlayacaq. Bu situasiyada ən çətini odur ki, birinci mərhələnin öhdəsindən gəlməkdir, əks təqdirdə siz çox yöndəmsiz, fəaliyyət qabiliyyəti olmayan bir kompaniyaya çevriləcəksiniz.

Rəhbər nə qədər yaşlı olsa, onları perspektiv üçün işləməyə inandırmaq bir o qədər çətindir.

Gələcək nəsil haqqında

İki böyük qüvvə mövcuddur –gənc iş adamları və yaşlı korporasiyalar. Zaman ötdükcə ağırlıq (güc) mərkəzi öz yerini birincilərə doğru dəyişməlidir.   Məsələn Çin iqtisadiyyatının uğurunun sirr onda idi ki, orada artıq köhnə qvardiya yoxdur. Onlar hamısı mədəni inqilab zamanı yoxa çıxmışdır. Rəhbər nə qədər yaşlı olsa, onları perspektiv üçün işləməyə inandırmaq bir o qədər çətindir. Əgər ilk dividintləri insan 100 yaşından sonra alacaqsa o, heç belə bir layihəyə investisiya edərmi?

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər