16 C
Baku
Thursday, April 25, 2024

Ceki Çan-ın uğur tarixçəsi

Ceki Çan 7 aprel 1954-cü ildə kasıb çinli ailəsində dünyaya gəlib. Onun valideynləri körpəni 1500 Honq Konq dollarına satmağa cəhd etmişdilər. Lakin atası daha sonradan bu fikirdən daşınmışdı.

Ailəsi vətəndaş müharibəsi zamanı qitəni tərk edərək qaçmışdı.

Onun 7 yaşı olduqda Pekin operası məktəbinə daxil olmuşdu. Bu məktəbdə o səhər saat 5-dən gecə saatlarına qədər məşq etməyə məcbur edilirdi.

Balaca Ceki-nin 8 yaşı olduqda  ilk dəfə bir filmdə epizodik rolda çəkilir.

17 yaşında isə operanı tərk edərək dublyor işləməyə başlayır.

Elə həmin ildə “Barmağı sınmış ustad” filmində baş rolda çəkilir. Film ona nə pul, nə də populyarlıq qazandırmır. Bundan sonra da çəkildiyi 6 film uğursuzluqla üzləşir.

İndinin məşhur aktyorunun 24 yaşı olduqda “Sərxoş ustad” filmində çəkilir. Bu dəfə film uğur qazanır və bundan sonra Ceki Çan öz tərzini formalaşdırır.

O deyir: “Mən dəyərsiz bir uşaq idim. Miskin bir gənc oğlan idim. Cahil bir yeniyetmə idim. Bəs indi? Baxın, mən kim oldum”.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər