22 C
Baku
Thursday, April 25, 2024

CES 2017: Sony “Danışan ekranlı” televizorunu təqdim etdi

Yaponiyanın Sony şirkəti beynəlxalq elektronika sərgisi olan CES 2017-də dinamikləri olmayan Bravia XBR-A1E 4K OLED-televizorlarını təqdim etdi. Xüsusi texnologiya sayəsində, səs birbaşa olaraq ekrandan eşidilir.

Verilən məlumatda deyilir ki, yaponlar tərəfindən yaradılan Acoustic Surface texnologiyası displeyi vibrasiyaya etdirərək səsin əmələ gəlməsinə səbəb olur. Bu səsləndirmə keyfiyyətini qoruyaraq televizorları inanılmaz dərəcədə nazik etməyə imkan verir.

 

Bundan əlavə, təqdim edilən bu televizorlar çox yüksək kontrastlıq və əsl qara rəng ilə fərqlənir.

Hələ ki, Sony şirkəti televizorların satış qiymətini açıqlamayıb. Lakin qeyd etmək lazımdır ki, bundan əvvəl buraxılan televizorların qiyməti 6 min ABŞ dollarından başlayırdı.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər