13 C
Baku
Thursday, April 18, 2024

Charles Munger: “Bilik əldə etmək mənəvi borcdur”

Charles Munger – amerikalı vəkil, məşhur iqtisadçı və professional investor, Warren Buffett-in biznes partnyorudur.

2007-ci ildə milyarder Charles Munger Cənubi Kaliforniya universitetinin məzunları qarşısında çıxış edir: “Heç bir şübhəm yoxdur ki, hazırda bir çoxunuz spikerin niyə belə qoca olduğu haqqında düşünür. Cavab aydındır. Spiker hələ ölməyib”.

Xoşbəxtlikdən, amerikalı milyarder hələ də həyatını davam etdiri və onun o zaman hüquq məzunlarına verdiyi məsləhətlər, sabit və xoşbəxt həyat sürmək istəyən hər kəsin köməyinə gəlir.

Etibar, uğur və şöhrəti qazanmaq lazımdır:

Çox sadə olsa da, qızıl qaydadır. Dünyadan istədiyiniz hər bir şeyi əldə edə bilərsiniz, əgər özünüzü onun yerində təsəvvür etsəniz. Bu prinsip əsasında yaşayan insanlar, nəinki pul və uğur, həmçinin işlədikləri insanların etibarını və hörmətini qazanır.

Yeni biliklər əldə etmək – biliklərin təcrübəyə tətbiq edilməsi kimi mənəvi borcdur:

Bu prinsipdən onu anlaya bilərik ki, insan həyatını daimi yeni bilik axtarışına çevirməlidir. Yeni biliklər əldə etmədən öz öhdəliyini mükəmməl şəkildə yerinə yetirən bir şəxsə çevrilə bilməyəcəksiniz. Hazırda sahib olduğunuz biliklərlə uzağa gedə bilməyəcəksiniz.

Problemin yaranmasının səbəbləri haqqında düşünün, onun nəticələri haqqında deyil:

Bir çox hallarda problemə başqa bucaq altından başmaqla asanlıqla həll etmək mümkündür. Tutaq ki, siz Hindistana kömək etmək istəyirsiniz. Bu zaman özünüzdən Hindistana necə kömək edə biləcəyinizi soruşmaq əvəzinə, Hindistana hazırda nəyin ziyan vurduğunu və bu zərərdən qurtulmaq üçün nə edə biləcəyinizi soruşmalısınız. Məntiqi nöqteyi-nəzərdən bunun eyni bir şey olduğunu düşünə bilərsiniz. Lakin bu heç də belə deyil.

İşi sona çatdırana qədər oturun və bunu edin:

Mənim iki tanışım kiçik tikinti şirkəti yaratdılar. Onlar bütün işləri bərabər olaraq bölürdülər və bir vacib qaydaya belə desək “ibadət” edirdilər: “İşi sona çatdırana qədər gündə 14 saat işləyəcəyik”. Bu faktı qeyd etmək mütləqdir ki, onların biznesi uğur qazandı və onlar çox zəngin sahibkara çevrildilər.

Fərəh duyduğunuz insanlarla işləyin:

Birlikdə işləməli olduğunuz insanlar qürur duyursunuzsa və yaxud onların uğurlarından fərəh hissi keçirirsinizsə, həyatınız sizə xoşbəxtlik bəxş edəcək. Bunun üçün xüsusi bacarıq tələb olunur.

Uğursuzluqlardan daha yaxşı bir insan olmaq üçün istifadə edin:

Həyat sizə dəhşətli, ağır, ədalətsiz uğursuzluqlar qazandıracaq. Lakin bunun heç bir əhəmiyyəti yoxdur. Qədim yunan filosofu Epiktet demişdir ki, həyatın hər yeni uğursuzluğu – bu özünü daha yaxşı biruzə vermək və yeni bir şeylər öyrənməyə məcbur etmək üçün əla şansdır. Sizin əsas vəzifəniz – özünüzə yazığınız gəlməsin!

Ən çox maraqlandığınız sahə üzrə uğur qazanacaqsınız:

İnsan hər hansı bir sahə üzrə özünü təkmilləşdirmək və uğur qazanmaq istəyirsə, bu sahə onda qarşısıalınmaz dərəcədə maraq oyatmalıdı. Buna görə də, ən çox marağınızı cəlb edən sahələr üzrə planlar qurun.

İnsanlara etibar edin:

Siz hüquqşünas olmadan öncə bu sizinlə bölüşmək istədiyimiz sonuncu ideyadır. Təhlükəsizlik tədbirləri və prosedurları – sivilizasiyanın ən ali forması demək deyil. Sivilizasiyanın ən ali forması – etibar qazanmaq sistemidir. Əsas odur ki, insanlar bir-birinə tam olaraq etibar etsinlər, kor-koranə ciddi qaydalara əməl etmək yox…

Böyük bir vəkil kütləsi prosesə nəzarət edərsə və hər kəs yorğanın ucunu özünə tərəf çəkərsə, məhkəmə işi uduzulacaq. Bu etibar şəxsi həyatınıza da hakim olmalıdır. Nikah müqaviləniz 47 səhifədən ibarətdirsə, sizə evlənməməyi məsləhət görürəm.

Son xəbərlər
Digər xəbərlər