15 C
Baku
Saturday, April 20, 2024

Çılğın insanlar təmkinlilərdən daha çox yaşayırlar

Yene (Almaniya) Universitetinin tədqiqatçıları iddia edirlər ki, çılğın insanlar öz emosiyalarını cilovlaya bilən insanlardan daha uzun yaşayırlar. Alimlərin fikrincə neqativ hisslərin açıq aşkar büruzə verilməsi sağlamlığın saxlanmasına kömək edir, bu haqda Daily Mail agentliyi yazır. 

Tədqiqatda 6 minə yaxın könüllü iştirak edib. Alimlər müəyyən edə bilib ki, öz narahatlıqlarını büruzə verməyə çalışan insanların nəbzləri yavaş-yavaş sürətlənir. Beləliklə alimlər belə nəticəyə gəliblər ki, mənfi emosiyaların boğulması qan təzyiqinin yüksəlməsinə, həmçinin işemiyadan tutmuş xərçəngə qədər müxtəlif xəstəliklərin inkişafına gətirib çıxara bilər

Öz araşdırmalarını Health Psychologies jurnalında dərc etmiş tədqiqatçılar Markus Mand və Kristin Mit öz emosiyalarını nəzarətdə saxlamağa meyli olan, qorxu və həyəcanın zahiri əlamətlərini gizlətmək istəyən insanları “repressor” adlandırır və onları risk qrupuna daxil edir.

Alimlərin qənaətinə əsasən, çılğın italyanlar və ispanlar orta hesabla ingilislərdən iki il daha uzun ömür yaşayır, halbuki ingilislər məhz öz soyuqqanlı, təmkinliliyi və səbirli davranışı ilə məşhurdurlar. Belə ki, “qaynar xasiyyət” özünəməxsus uzunömürlülük təminatıdır.

Amerikalı alimlər həm də müəyyən ediblər ki, ikinci, üçüncü və dördüncü qan qrupuna malik insanlar birinci qan qrupu ilə müqayisədə ürək-damar xəstəliklərindən daha çox əziyyət çəkirlər.

Son xəbərlər
Digər xəbərlər