16 C
Baku
Friday, April 19, 2024

Çinə $6 milyonluq yerli şərab ixrac etmişik

Azərbaycan yerli şərab məhsullarının ixrac həcmini mühüm dərəcədə artırmağa ümid edir. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev bu gün mətbuat konfransında deyib.

“2017-ci ildə ümumilikdə şərab məhsullarının ixracı $6 mln. təşkil edib, bunun təqribən $1 mln.- Çinə ixrac olunub. 2016-cı illə müqayisədə ixrac həcmi 2 dəfə artıq, lakin bu bizim üçün son hədd deyil. Azərbaycan şərablarının ixrac potensialı çox yüksəkdir və biz ixrac həcminin bir neçə dəfə artımına yönəlmişik”,- Ş.Mustafayev “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin sualına cavabında bildirib.

Onun sözlərinə görə, Azərbaycan Çin bazarını şərab məhsullarının ixracı üçün prioritet hesab edir. Bu səbəbdən 2018-ci ilin sonuna kimi Şanxayda Azərbaycan Şərab Evinin açılışı planlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər