4 C
Baku
Friday, March 29, 2024

Çin ABŞ ilə ticarət müharibəsindən qorxmadığını bildirib

Çinin Ticarət Nazirliyi ABŞ ilə ticarət müharibəsindən qorxmadığnı, lakin bunu istəmədiyini bildirib. Nazirliyin saytında xəbər verilir ki, bu haqda agentliyin nümayəndəsi ABŞ prezidenti Donald Trampın Çin idxalına 100 milyard dollar dəyərində rüsum tətbiqi edəcəyini planlaşdırdığına dair sözlərinə cavab olaraq bildirib.

“ABŞ və Çinin iqtisadi və ticarət məsələlərində Çinin mövqeyi çox dəqiqdir. Biz müharibə etmək istəmirik, amma ticarət müharibəsində döyüşməkdən qorxmuruq” – deyə Çin agentliyinin nümayəndəsi bildirib. O əlavə edib ki, Çin Trampın sözlərini nəzərə alıb və vəziyyəti izləyəcək. Çin nazirliyində bildiriblər ki, “Birləşmiş Ştatlar Çin tərəfi və beynəlxalq cəmiyyətin mövqeyini nəzərə almasa, ticarətdə birtərəflilik və proteksionizmə davam edərsə, Çin də sona qədər öz mövqeyində dayanacaq. O, əlbəttə ki, mübarizə aparacaq və istənilən halda əks-hücumla cavab verəcək”.

Çərşənbə günü, aprelin 4-də prezident Tramp bildirib ki, ABŞ Çin ilə “ticarət müharibəsində” məğlub olub. Amerikanın lideri qeyd edib ki, – “Biz Çinlə ticarət müharibəsi aparmırıq, bu müharibə illər əvvəl Amerika Birləşmiş Ştatlarını təmsil edən axmaq və ya səriştəsiz insanlar tərəfindən məğlubiyyətə uğradılıb”.

Cümə axşamı Tramp fərmanını ABŞ ticarət nümayəndəliyinə təqdim edib, orada Çin məhsullarına ümumi dəyəri 100 milyard dollar olan əlavə tariflərin tətbiq edilməsi təklifi öz əksini tapıb. Amerikanın lideri aydınlıq gətirib ki, bu, ABŞ Çinin müəyyən idxal məhsullarına rüsum tətbiq etmək haqda planlarını elan etdikdən sonra, əks-təbdirlər görən Çinə cavab olaraq atılan addım idi.

Çərşənbə günü, 4 aprel ABŞ-da 25% rüsum tətbiq ediləcək 1300 Çin məhsulunun siyahısı açıqlanıb. Siyahıda göstərilən məhsulların ümumi dəyəri 50 milyard dollar təşkil edir. Buna cavab olaraq Pekin bildirib ki, Amerika məhsullarına, o cümlədən avtomobil, kimyəvi maddə və təyyarələrə 25% tarif tətbiq etməyə hazırdır.

Son xəbərlər
Digər xəbərlər