15 C
Baku
Friday, April 26, 2024

Çin Azərbaycandan daha ucuz qiymətə məhsul ala bilər

Ötən ilin nəticələrinə əsasən, Azərbaycan və Çin arasında kənd təsərrüfatı sahəsində məhsul dövriyyəsi cəmi 10 milyon dollar təşkil edib.

Banker.az xəbər verir ki, bunu Azərbaycan Kənd Təsərrüfatı naziri Heydər Əsədov bildirib.

Onun sözlərinə görə, hazırda hər iki ölkə arasında aqrar sahədə münasibətlər genişlənməkdədir, lakin bəzi problemlər hələ də qalmaqdadır.

“Əsas problem ixracın və Azərbaycanın kənd təsərrüfatl məhsullarının ixrac potensialının genişləndirilməsidir. Bir sıra məhsullar artıq lazımi potensiala sahibdir. Bu gün Çin Azərbaycandan yun, meyvə və şərabçılıq məhsullarını digər ölkələrdə olduğundan 2-2,8 dəfə daha ucuz əldə edə bilər. Bu məsələ Azərbaycan və Çin arasında danışıqlarda xüsusi yerə sahib olacaq” – nazir qeyd edib.

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, 2017-ci ilin yanvar-avqust aylarında Çin ilə məhsul dövriyyəsi 964,68 milyon dollar təşkil edib ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 78,8% artım deməkdir. Qeyd edək ki, Çin Azərbaycanın ümumi ticarət dövriyyəsində dördüncü pillədə yer alıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər