15 C
Baku
Saturday, April 20, 2024

Çin dünyanın ən nəhəng neft idxalçısı oldu

Banker.az saytı Reuters agentliyinə istinadən xəbər verir ki, Çin mart ayında ABŞ-ı əhəmiyyətli dərəcədə geridə qoyub və neft emalı ilə məşğul olan müstəqil şirkətlər tərəfindən xam məhsulun alışının genişləndirilməsi sayəsində nəhəng neft idxalçısı oldu.

Verilən məlumatda qeyd edilir ki, Çin tərəfindən idxal edilən neft həcmi mart ayında 38,95 milyon tonn, və yaxud sutkada 9,17 milyon barrel təşkil edib. Bu isə özlüyündə tarixi rekorddur.

Bundan əlavə, Çin fevral ayında sutkada 8,286 milyon barrel neft alıb, dekabrda isə bu göstərici sutkada 8,57 milyon barrel təşkil edib.

Qeyd edək ki, Reuters hesablamalarına görə, ABŞ Çindən fərqli olaraq mart ayında 7,97 milyon barrel və birinci rübdə sutkada 8,17 milyon barrel neft idxal edib.

Son xəbərlər
Digər xəbərlər