Çin hökuməti bitcoin maynerlərini ölkədən qovmağı planlaşdırır

Çin, kriptovalyuta mübadiləsini və ICO-nu qadağan edəndən sonra görünür, maynerləri də qanundan kənar elan etməyi planlaşdırır.

Beləliklə təhlükə altına dünyada olan bütün bitcoinlərin 1/4 hissəsini generasiya edən maynerlər düşür. Bu barədə Techcrunch saytı xəbər verib. Çinin internet maliyyə nizamlayıcısının internetdə maliyyə risklərin aradan qaldırılması üzrə fəaliyyət göstərən aparıcı qrupun memorandumuna əsasən bitcoin maynerləri Çindən getməlidirlər. Sözügedən qrupun ismarıcında qeyd olunub ki, maynerlər yüksək dərəcədə resurslar sərf edirlər və kriptovalyutaların spekulyasiyasını yaradırlar.

Həmin qrup elektroenerji istifadəsini milli səviyyədə nəzarətdə saxlamır. Lakin o, nüfuzlu siyasi alət kimi çıxış edir. Görünür, Çin hökuməti maynerləri bir sinif kimi təcrid etmək istəyir. Hələ keçən həftə Çin hökumətinin kriptovalyuta tapılması üzrə fəaliyyət göstərən şirkətlərin saylarının azaldılması və maynerlərə elektroenerji verilməsində məhdudlaşdırma tədbirlərinin görülməsi barəsində xəbərlər yayılmışdı. Çox güman ki, bu cür tədbirlərdən qorxaraq Çin şirkətləri İslandiya, Kanada və ABŞ-da öz filiallarını fəaliyyətə verə bilərlər. Buna baxmayaraq Çin siyasətində olan belə ciddi dəyişikliklər bitcoinə təsirsiz ötüşməyəcək.

📝 RƏY BİLDİR