16 C
Baku
Friday, April 19, 2024

Çin özəl bankların yaradılmasına başlayacaq

Çinin bankların fəaliyyətinə nəzarət komissiyası 3 və yaxud 5 özəl bankların yaradılmasının sınaq versiyalarını təsdiq etdi. Nəhəng dövlət banklarının qeyri-effektiv fəaliyyəti hökumət qüvvələrini bank sahəsində islahat aparmaq barədə düşünməyə vadar etdi.

Reuters agentliyinin verdiyi məlumata görə, ilk mərhələdə 3 və yaxud 5 özəl bank yaradılacaq və bu bankların əsas vəzifəsi orta və kiçik şirkətləri kreditləşdirməkdən ibarət olacaq. Çin iqtisadiyyatı kifayət qədər uzun müddət ərzində nəhəng dövlət banklarının ümidinə qalmışdı.

Lakin bir neçə illər ərzində iqtisadiyyatın hazırki kreditləşmə modeli öz çatışmayan cəhətlərini biruzə verdi. Dövlət bankları əsasən nəhəng sənaye şirkətlərini və həmçinin dövlətə məxsus şirkətləri kreditləşdirməklə məşğul olurdular. Zamanla problemlər daha kəskin şəkildə üzə çıxmağa başladı.

Çində özəl bank sektoru inkişaf etməkdə davam edir. Çin iqtisadiyyatının gələcəkdə daha da liberallaşması üçün onun kreditləşmə modelini dəyişmək lazımdır.

Hazırda Çində kreditləşmə həcminə görə 10 nəhəng bankdan yalnız biri – China Minsheng Banking Corp. özəl bankdır.

Son xəbərlər
Digər xəbərlər