Çin şirkəti Azərbaycanda nümayəndəlik açdı

Vergilər Nazirliyi “China Railway 19th Bureau Group Co., Ltd.” şirkətinin Azərbaycandakı filialını dövlət qeydiyyatına alıb.

Bu barədə nazirliyin “Vergilər” qəzetinin xüsusi buraxılışında məlumat verilib.

Məlumata görə, şirkətin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, İbrahim Məmmədov küçəsi, ev2a, mənzil 16, qanuni təmsilçisi isə Çin vətəndaşı Feng Mingvengdir.