15 C
Baku
Saturday, April 20, 2024

Çin smartfonları niyə ucuzdur?

Çin smartfonlarının sahibləri onların cihazlarının hansı səbəblərə görə Koreya və ABŞ modellərindən ucuz olduğunu açıqlayıblar.

Rueconomics.ru  saytına istinadən məlumata görə, cihazların qiymətindəki fərq 1,5 və ya 2 dəfəyə qədərdir.

İstifadəçilərin sözlərinə görə, Çin şirkətləri smartfonun yığılmasında qənaət edirlər. Məsələn, Çində istehsal olunan cihazların əksəriyyəti plastikdən düzəldilir. Onların rəqibləri olan şirkətlər isə smartfonların arxa qapaqları üçün daha dözümlü materiallardan istifadə edirlər ki, bu da telefonun istifadə müddətini uzada bilir.

Bundan başqa, istifadəçilər bildirib ki, çox vaxt Çin istehsalı olan smartfonlar keyfiyyətsiz olur. Belə ki, bir çox smartfonlarda akkumulyator qapağın altındakı yerini dəyişir və səs edir.

MənbəLent.az
Son xəbərlər
Digər xəbərlər