16 C
Baku
Thursday, April 25, 2024

Çində kriptovalyuta ilə ticarət tam olaraq qadağan edildi

Banker.az Reuters agentliyinə istinadən xəbər verir ki, Çində kriptovalyuta birjalarına ticarəti dayandırmaq və birjanın bağlanması ilə bağlı istifadəçiləri məlumatlandırmaq əmr olunub.

“Bütün birjalar 15 sentyabr gecə yarısı kriptovalyuta ilə ticarətin tam olaraq dayandırılması ilə bağlı xəbərdarlıq nəşr etməli və yeni istifadəçilərin qeydiyyatını dayandırmalıdırlar” – ölkə rəhbərliyinin bəyanatında deyilir.

Agentliyin verdiyi məlumatda qeyd edilir ki, yeni istifadəçilərin qeydiyyatı cümə günü 15 sentyabr dayandırılmalıdır. 20 sentyabrda isə birjalar istifadəçilərə vəsaitlərinin götürülməsi üsulları barədə məlumat verməli və investorların marağını təmin etməlidirlər.

Qeyd edək ki, 13 sentyabr tarixində JPMorgan Chase bankının rəhbəri Ceyms Daymon Bitcoin valyutasını fırıldaqçılıq adlandırdı və kriptovalyuta ilə əməliyyat həyatan keçiriən əməkdaşları işdən azad etməyi vəd etdi.

Çin ayın əvvəlində fərdi şəxslərə və təşkilatlara ICO (Initial coin offering) vasitəsilə vəsait cəlb etməyi qadağan etdi. Çin Xalq bankı bu qərarı “belə bir təcrübənin özündə qanunsuz maliyyələşməni əks etdirdiyi” ilə izah etmişdi.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər