15 C
Baku
Friday, March 29, 2024

Çinin ardınca daha bir ölkə ICO keçirilməsini qadağan etdi

Cənubi Koreya ölkədə ICO keçirilməsini, yəni kriptotokenlərin satışı vasitəsilə maliyyə cəlb edilməsi üsulunu qadağan edib. Bu addım potensial maliyyə fırıldaqçılığı ilə bağlı təhlükələrdən ehtiyat edilməsi fonunda atılıb.

Banker.az xəbər verir ki, 2017-ci ilin əvvəlindən başlayaraq dünya üzrə şirkətlər token satılması sayəsində 1,8 milyard dollardan çox vəsait toplayıb. ICO ənənəvi maliyyə cəlb edilməsi üsulları kimi tənzimlənmədiyindən, onu investorları aldatmaq imkanı ilə tənqid edirlər.

ABŞ, Sinqapur, Honqkonq və Böyük Britaniya da daxil olmaqla, bütün dünya üzrə tənzimləyicilər ICO həyata keçirilməsi imkanlarını nəzərdən keçirən şirkətlərə onların qiymətli kağızlar haqqında qanunu poza bilmələri ilə bağlı xəbərdarlıq edirlər. Bundan əlavə, tənzimləyicilər potensial investorları öz pullarını itirmək ehtimalı barəsində xəbərdarlıq ediblər.

Qeyd edək ki, Cənubi Koreyadan əvvəl Çin ölkədə ICO keçirilməsini qadağan etdiyini elan etmişdi.

Son xəbərlər
Digər xəbərlər