23 C
Baku
Thursday, April 25, 2024

Çinin bank sistemi

Çin iki pilləli bank sisteminə sahibdir. Birinci pillədə ölkənin mərkəzi bankı, ikinci pillədə isə ixtisaslaşdırılmış dövlət bankları və kommersiya banklarının geniş şəbəkəsi yer alıb. 

Çin Xalq bankı 1948-ci il 1 dekabrda Şimali Çin Xalq Bankı, Beyxaysk Milli bankı və Şimal-Qərb fermerlər bankının birləşdirilməsi əsasında yaradılıb. İlk olaraq Çin Xalq bankına bu funksiyalar həvalə edilmişdi: xəzinə əməliyyatlarının icrası, şəxsi kreditlərə nəzarət, dövlət borclarının yerləşdirilməsi, əcnəbi valyuta və qiymətli metallarla bağlı əməliyyatlara nəzarət. Bu bankın işinə isə direktor nəzarət edir.

Çinin kommersiya banklarını iki böyük qrupa bölmək olar: Çinin materik hissəsində yerləşən kommersiya bankları və Honq Konqda yerləşən kommersiya bankları. 1997-ci il 1 iyulda Çinlə Honq Konqun birləşdirilməsindən sonra Çinin bank sistemi daha da zənginləşdi.

Hazırki dövrdə kommersiya bankı yaratmaq üçün nizamnamə kapitalının həcmi 1 milyard yuan, şəhər kooperativ bankı üçün 100 milyon yuan, kənd kooperativ bankı yaratmaq üçün 50 milyon yuan olmalıdır.

Çinin bank sisteminə həmçinin kredit kooperativləri və şəhər kooperativ bankları da daxildir. Kredit kooperativləri maliyyə təşkilatlarıdır və onların əsas vəzifələri şəhər və kəndlərdə yerləşən kiçik şirkətlərə kreditlərin verilməsi və depozitlərin qəbul edilməsidir. Yerləşmə yerindən asılı olaraq kredit kooperativləri şəhər və kənd kooperativlərinə bölünür.

Çin bank sistemində əcnəbi banklar həmçinin aktiv fəaliyyət göstərir. Burada əcnəbi bankların və onların nümayəndəliklərinin mühüm rolunu görmək mümkündür. Əcnəbi bankların mühüm bir hissəsi xarici investisiyalı şirkətlərin cəmləşdiyi rayonlarda yaradılır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər