23 C
Baku
Tuesday, April 23, 2024

Çinin böyük sirri

Sizi nə vaxtsa Çinə kütləvi şəkildə istehsal güclərinin köçürülməsi təəccübləndiribmi?

Avropada, Asiyadan, Amerikadan, Avstraliyadan yüksək texnoloji məhsulların istehsalçıları istehsalı güclərini Çinə həvalə edirlər.

Təəccüblüsü ondadır ki, əksər hallarda həmin istehsalçıların öz ölkələrində işsizliyin səviyyəsi yüksək olur, lakin onlar istehsal güclərini Çinə yönəldirlər.

Bu vəziyyət ilə bağlı belə bir əfsanə yaranıb ki, guya Çində əmək haqqları aşağıdır və beləliklə, istənilən texnoloji əşyanı minimal dərəcədə vəsait sərf edərək hazırlamaq olar.

Bu nağıla bir çoxları inanır.

Lakin bu həqiqəti əks etdirmir. İlk növbədə, məhsulun hazırlanmasına sərf olunan xərclərdən başqa əlavə xərclər və amillər də olur. Ən əsası isə, Yer üzündə elə ölkələr var ki, orada əmək haqqı daha aşağıdır, nəinki Çində.

Bəs son zamanlarda  nə baş verir ki, Çin sözünü hərfi mənasında, bütün dünyaya istehsal üzrə monopoliya edir.

Problem bundan ibarətdir ki, istənilən müasir yüksək texnoloji məhsulların istehsalında nadir metallardan istifadə olunur. Məsələn, aypadın istehsalında 17 nadir metaldan istifadə edilir: planşetin litium- ion batareyasında lanthanumdan, smart coverin təchiz olunması üçün maqnitlərdə- neodimyum ərintisindən, ekranın şüşə örtüyünün cilalanması zamanı isə seryumun oksidindən istifadə olunur.

Çində nadir metalların 97%-i çıxarılır və ən maraqlısı, Çin nadir metalları ixrac etməyə icazə vermir. Onları yalnız Çinin özündə hazırlanmış məhsulların ayrılmaz hissələri kimi ixrac etmək olar.

Nadir metalların yataqları yerləşən digər ölkələr bu metalların istehsalına başlasa belə illik tələbatı (136 100  ton) ödəyə bilməyəcəklər. Beləliklə, Çin öz üzərinə bütün dünyada istehsal üzrə monopoliyanı götürüb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər