8 C
Baku
Friday, March 29, 2024

Çinin kredit reytinqi üzrə proqnozu “neqativ”ə salınıb -S&P

“Standard & Poor’s” (S&P) beynəlxalq reytinqi agentliyi Çinin kredit reytinqini “AA-” səviyyəsində təsdiq edib, reytinq üzrə proqnozu “stabil”dən “neqativ”ə endirib. “S&P”-dən verilən açıqlamaya görə, proqnozun azaldılmasına səbəb kimi Çin hökumətinə ölkədə artan iqtisadi və maliyyə risklərinin mənfi təsirinin olduğu bildirilib. Agentliyə görə, bu risklər 2016-2017-ci illərdə Çinin kredit reytinqinin azaldılmasına səbəb ola bilər.

“S&P” açıqlamasında qeyd edib ki, Çin iqtisadiyyatının yenidən özünə gəlməsi daha uzun vaxt aparacaq. Buna baxmayaraq, yaxın 3 ildə ÜDM-in 6%-dən yuxarı artım göstərəcəyi gözlənilir. Agentlik Çin hökuməti və özəl sektor şirkətlərində borc əmsallarının pisləşəcəyini də ehtimal edir.

Report

Son xəbərlər
Digər xəbərlər