13 C
Baku
Friday, April 19, 2024

“Citroen” “Nissan Juke” modelinə rəqib hazırlayır

Citroen şirkəti qapıları müxtəlif istiqamətlədə aşılan C-Aircross yığcam konseptual krossoverini təqdim etmişdir. Niaan Juke krossoveri ilə rəqabət aparacaq avtomobil haqqında təsəvvür yaradan konseptin kütləvi təqdimat mərasimi mart ayında işinə başlayacaq Cenevrə avtosalonunda baş tutacaqdır.

Konseptual krossoverin qabarit uzunluğu 4150 millimetr, eni 1470 millimetr, hündürlüyü isə 1630 millimetr təşkil edir.

Konsept arxa görüntü güzgülərinin yerinə kameralarla və Citroen C3 modelində olduğu kimi, sürücünün əmri ilə şəkillər çəkərək onları sosial şəbəkələrə göndərən videoqeydedici ilə təchiz ediləcəkdir. Konseptin salonunda sükan çarxının arxasında ön paneldən çıxan şüşə displeyi də görmək olar ki, bu displey də cihazlar panelini əvəz edəcəkdir.  Mərkəzi konsolda isə, 3D xəritələri və internetə girişi, 12-düymlük ekranı olan multimedia sistemini görmək olar. Qeyd etmək lazımdır ki, ötürmələr qutusunun selektoru sükan çarxında yerləşdirilmişdir.

Onun mərkəzi tuneldəki yerini isə, smartfon üçün bölmə tutmuşdur.

44536 src

Bundan başqa, ön və arxa oturacaqların başlıqlarında xüsusi mikrofon və dinamiklər quraşdırılmışdır ki, onlar da salonda “təcrid edilmiş səs kapsulalarını” yaradır. Fransızların iddia edirlər ki, bu sistem sərnişinlərə biri-biri ilə ünsiyyət qurmağa və ya bir-birinə mane olmadan öz işləri ilə məşğul olmağa şərait yaradacaqdır. Citroen C-Aircross  konseptində tam çəkiş sisteminin əvəzinə Grip Control sistemi quraşdırılmışdır ki, bu sistem də stabilləşdirmə və təkərlərin yerində fırlanmasının qarşısını alan sistemləri yol şəraitinə uyğun olaraq optimallaşdırır. Konseptin seriya variantı bu ilin sonunda təqdim ediləcəkdir.

44535 src

Son xəbərlər
Digər xəbərlər