16 C
Baku
Saturday, April 27, 2024

Coca-Cola 1,2 min əməkdaşını işdən qovur

Banker.az saytının xarici mediaya istinadən verdiyi xəbərə görə, dünyanın nəhəng spirtsiz içki istehsalçısılarından biri olan Amerikanın Coca-Cola şirkəti xərclərin azaldılması üçün əməkdaşlarını ixtisar edəcək.

Bu haqda məlumatı isə şirkətin yeni icraçı direktoru Ceyms Kvinsi verib. O qeyd edib ki, personalın ixtisar edilməsi ilə bağlı tədbirlər şirkətin biznesinin effektivliyinin artırılması üçün görülür.

Qeyd edək ki, Coca-Cola şirkəti 15 aprel tarixində 2017-ci ilin I rübü üçün nəticələrini elan etdi. Şirkətin gəlirləri keçən il ilə müqayisədə enib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər